Arannews-FaktXəbər-in ABŞ Maliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sanksiya siyahısına Fələstinin HƏMAS hərəkatının siyasi büro başçısı İsmayıl Haniyənin də adı daxil edilib.
Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Fələstinə qarşı ABŞ-ın təzyiq siyasəti güclənib. Qüdsü Fələstinin paytaxtı kimi seçilməsi də bu planın tərkib hissəsidir.