Tarix : 2018 Feb 01
Kod 54257

Əl-Əzhər alimləri: İŞİD Ayətullah Sistaninin fətvaları sayəsində məğlub oldu

Misirin əl-Əzhər Universitetinin alim heyəti İraq şiələrinin Ali mərciəsinin nümayəndəsi ilə görüşdən və İmam Hüseyn (ə) hərəmini ziyarətdən məmnun qaldıqlarını bildiriblər.
Arannews-İslaminSesi.info əl-Kövsərə istinadən bildirir ki, Misirin əl-Əzhər universitetindən gələn alim heyəti İraqa səfər edib. İraqda heyəti Ayətullah Sistaninin nümayəndəsi Şeyx Məhdi əl-Kərbəlayi qarşılayıb.
Şeyx nümayəndə heyətinin səfərlərinin əsas məqsədinin İraq həqiqətlərini öyrənmək olduğunu və İraqdakı bütün yerlərə səyahət etmək və ölkənin müxtəlif qrupları ilə görüşmək olduğunu bildirib.
Şeyx əl-Kərbalayi da öz növbəsində Misir heyətinin üzvlərinə İraqdakı müxtəlif yerlərə səfər etmək və müxtəlif qruplarla görüşmək üçün tamamilə azad olduğunu və bu sahələrin bütün qapılarının açıq olduğunu bildirib.
Həmçinin Şeyx nümayəndə heyətinin İraq həqiqətlərini dünyaya olduğu kimi çatdıracaqlarına ümidvar olduğunu bildirib.
Misir nümayəndə heyətinin üzvləri İraq səfərindən və İmam Hüseynin Kərbəlada ziyarətindən məmnun olduqlarını bildirdilər və onlara bir çox fakt və məsələlərin ortaya çıxdığını, İslam firqələri arasında qarşıdurma yaratmaq məqsədi bütün bunların mətbuat tərəfindən yalan şəkildə qabardılaraq təhrif etməyə çalışıldığını bildiriblər.
Həmçinin Misir nümayəndə heyyəti bildirib ki, İŞİD-in məğlubiyyəti mərciyyiətin fətvaları sayəsində baş tutub.

 

  • Yazılıb
  • da (də) 2018 Feb 01
  • Göndərən مدير سايت Aran News