Tarix : 2018 Feb 01
Kod 54258

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresində Suriyanın ərazi bütövlüyü vurğulandı

Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresi çərşənbə axşamı gecə bir bəyanatın oxunması ilə öz işinə yekun vurub.
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresi çərşənbə axşamı gecə bir bəyanatın oxunması ilə öz işinə yekun vurub.
Bəyanatda Suriyanın ərazi bütövlüyü və milli hakimiyyəti vurğulanaraq deyilir: "Suriya xalqı demokratik vasitələrə əsasən və səsvermə yolu vasitəsi ilə bu ölkənin gələcəyini təyin edəcək yeganə tərəfdir. Suriya ordusu qorunmalıdır ki, ölkənin konstitusiyasına əsasən öz vəzifələrini yerinə yetirsin, o cümlədən sərhədlər və xalqı bütün xarici təhdidlərdən qorumaq üçün addım atsın." 
Bəyanatda həmçinin, BMT-nin nəzarəti və Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən Suriya böhranının diplomatik həllinə kömək edən konstitusiyada islahatların aparılması məqsədilə Suriya dövləti və müxalifətin nümayəndələrinin iştirakı ilə Konstitusiyanın Tənzimlənməsi Komitəsinin təşkil olunması vurğulanıb. 
Suriya Milli Dialoq Konqresi 29-30 yanvarda Rusiyanın Soçi liman şəhərində keçirilib. Suriya Milli Dialoq Konqresinin keçirilməsi üzrə razılıq İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentlərinin 2017-ci il noyabr ayındakı üçtərəfli zirvə toplantısında əldə olunub. 

  • Yazılıb
  • da (də) 2018 Feb 01
  • Göndərən مدير سايت Aran News