Tarix : 2018 Feb 01
Kod 54260

Yıldırım: Türkiyənin məqsədi Suriyanı işğal etmək deyil

Türkiyə baş naziri bildirib: Türkiyə ordusnunun Suriyanın şimalında Zeytun Budağı əməliyyatı keçirməsində məqsədi bu ölkə ərazisini işğal etmək deyil.
Arannews-İRNA-nın məlumatına görə, Binəli Yıldırım çərşənbə günü Livan baş naziri Səd Həriri ilə keçirdiyi birgə mətbuat konfransında deyib: Türkiyə işğalçılıq məqsədilə Suriya ərazisinə daxil olmayıb. Türkiyənin məqsədi bu bölgədəki terrorçu qruplarla mübarizədir.
Türkiyə baş naziri əlavə edib: Ötən il Suriyanın şimalında əl-Babda icra olunan Fərat Qalxanı əməliyyatının da məqsədi terror qruplarının nüfuzunun qarşısını almaq idi.
Yıldırım Fransa prezidenti Emmanuel Makronun Türkiyənin Afrindəki Zeytun Budağı əməliyyatı haqda açıqlamasına da münasibət bildirib: Türkiyə öz sərhədləri yaxınlığında silahlı qrupların təhdidi və təcavüzü qarşısında sükut edə bilməz.
Ötən gecə Türkiyə rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Türkiyəyə səfər edən Livan baş naziri Səd Həriri bu gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək
  • Yazılıb
  • da (də) 2018 Feb 01
  • Göndərən مدير سايت Aran News