Türkiyənin Konya Prokurorluğu tərəfindən mərkəzi Konya olmaqla, 43 vilayətdə "Fətullahçı Terror Təşkilatı"na (FETÖ) qarşı əməliyyat keçirilib.
Arannews-Hədəf14.az-ın “Hürriyet"ə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvəlləri tərkibində “imamlıq” edən 120 nəfər saxlanılıb.
Saxlanılan 58 şübhəlinin təşkilatın "Bylock" adlı şifrəli ünsiyyət proqramına qoşulğu bildirilir. Onlar terror təşkilatına üzv olmaq, təşkilat adından fəaliyyətlər həyata keçirmək, təşkilata xidmət etmək kimi maddələr üzrə təqsirləndirilir.