Tarix : 2018 Feb 03
Kod 54271

Məhkumların görəcəkləri ictimai işlərin siyahısı təsdiqləndi

Nazirlər Kabinetinin “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Arannews-Hədəf14.az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə görə, yerli icra hakimiyyəti orqanları ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısı və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərəcək.
  • Yazılıb
  • da (də) 2018 Feb 03
  • Göndərən مدير سايت Aran News