Tarix : 2018 Feb 03
Kod 54274

Fidel Kastronun oğlu intihar etdi

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart intihar edib.
Arannews-Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart intihar edib.
Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, Fidel Anxel Kastro bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub, daha sonra ambulator rejimə keçirilibmiş.  
"Ağır depressiya səbəbindən bir neçə ay həkimlərin müşahidəsi altında olan elmlər namizədi Fidel Anhel Kastro Dias-Balart fevralın 1-də özünə qəsd edib", - deyə yerli "Granma" qəzeti qeyd edib.
Mərhumun intihardan etməzdən əvvəl məktub yazdığı bildirilir. 
Məlumatlarda qeyd olunur ki, 68 yaşlı  Fidel Anxel Kastro Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri  və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.
  • Yazılıb
  • da (də) 2018 Feb 03
  • Göndərən مدير سايت Aran News