Tarix : 2018 Feb 03
Kod 54275

Kərbəlada "Əyyami Fatimə" məclisləri keçirilir - FOTOLAR

İraqın Kərbəla şəhərindəki müqəddəs ziyarətgahlarda "Əyyami Fatimə" münasibətilə matəm məclisləri keçirilib.
Arannews-İslaminSesi xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin Haşimi nəslinə mənsub olan və nəsillərdir xidmətçilik edən “Seyid xidmətçiləri” müqəddəs ziyarətgahda Əhli-Beyt (ə) sevdalısı olan minlərlə insanın iştirakı ilə əza məsclisi keçiriblər. Bu mərasim daha sonra Beynul Hərəmeyndən keçməklə İmam Hüseynin (ə) hərəmində davam etdirilib. Mərasimdə müqəddəs ziyarətgahların himayədarı Şeyx Əhməd Safi də iştirak edib.

Seyid xidmətçilərinin Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadətini yad etmək məqsədilə keçirdiyi bir sıra ənənəvi tədbir var. Bunlardan biri də savabını Xanım Zəhranın (s.ə) ruhuna hədiyyə etmək üçün İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətçilərinə çay hədiyyə etməkdir.

Ziyarətçilər də Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının yanında Xanım Zəhra (s.ə) üçün və onun nəvələrinin əlindən təqdim olunan bu hədiyyə üçün növbə gözləyir. Ehsan sadə bir ehsandır, ancaq ifadə etdiyi məna səbəbilə böyük diqqətə səbəb olub. /Deyerler.org

Kərbəlada "Əyyami Fatimə" məclisləri keçirilir

  • Yazılıb
  • da (də) 2018 Feb 03
  • Göndərən مدير سايت Aran News