Tarix : 2018 Feb 03
Kod 54278

H:üquqşünas "Aslan İsmayılovun iddiaçı şəxsə "canlı" deməsi söyüş deyil"

Hüquqşünas Aslan İsmayılov xüsusi ittiham qaydasında məhkəməyə cəlb edilib və təqsirləndirilən şəxs qismində tanınıb.

Arannews:Rakurs.tv-Fevralın 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev bu haqda qərar çıxarıb.
 A.İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. 
 H.Hacıyevin iddiasına görə, A.İsmayılov prezident və ailəsini, məmurları təhqir edib. 
 Həmçinin sosial şəbəkələrdə onu «canlı» adlandırmaqla təhqir edib, başqalarını şantaj edərək pul alıb.
 O, hüquqşünasın CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.
 "Onlara lazımi cavabı verəcəyəm və o cavabı artıqlaması ilə alacaqlar".
 Bunu isə hüquqşunas Aslan İsmayılov Toplum Tv-yə  açıqlamasında deyib. Onun sözlərinə görə, Hafiz Hacıyev Əli Həsənov və Fikrət Məmmədovun tapşırığı ilə hərəkət edir:  "O "canlı" mənim maraq dairəmdə olmayıb. Mənim məsələm Əli Həsənovla və Fikrət Məmmədovladır. Onlara lazımı cavabı verəcəm və o cavabı artıqlaması ilə alacaqlar. Bu iddialar əsassızdır. Onlar məni həmin bu "canlı"ya söydürürlər. Hərə öz tayını tapır. Onlar da bir-birilərinin tayıdırlar. Onlar vəzifələrindən sui-istifadə edib bu xalqı məhv edirlər. Onlarla heç bir alış-verişim yoxdur".
 Deputat Fazil Mustafa isə hər kəsin məhkəməyə müraciət etmək hüququnun olduğunu vurğulayıb: "Hər kəsin məhkəməyə müraciət etmək hüququ var və Hafiz Hacıyev də bu hüququndan istifadə edib. Məhkəmə də araşdırıb düzgün qərarı verəcək".
Hüquqşünas Ələsgər Məmmədli "Facebook"dakı açıqlmasında qeyd edib ki, Aslan İsmayılovun iddiaçı şəxsə "canlı" deməsi söyüş kimi qiymətləndirilə bilməz: "Hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında işin icraata qəbul edilməsi hüquqi aspektdən çox qüsurlu addımdır. Diffamasiyanın hüquqi çərçivəsinin nə olduğu ilə məşğul olanlara, bu, gün kimi aydındır. 
Qərar qəbul edənlər Cinayət Məcəlləsinin 148-ci maddəsinin tətbiqinin mümkünlüyünə baxmalı idi. 148-ci maddədə təhqirin mülki məsuliyyətdən cinayət məsuliyyətinə keçməsi üçün qəsd olmalı, nalayiq söz (söyüş) olmalı və yayılmalıdır. Aslan İsmayılovun iddiaçı şəxsə "canlı" deməsi söyüş kimi qiymətləndirilə bilməz. "Canlı" sözü özündə nalayiqlik ehtiva etmir. Uzaqbaşı bu ifadəni reputasiyaya zərər vuran kimi qiymətləndirmək mümkün ola bilər ki, bu da mülki məsuliyyət yaradar, cinayət məsuliyyəti yox. Bunun üçün hansısa dəyən zərərin kompensasiyası tələb edilə bilər. O da ifadə azadlığının  bir çox aspektini nəzərə almaqla".
 Fevralın 1-də A.İsmayılov polis vasitəsilə məhkəməyə gətirilib. Hüquqşünas bildirib ki, onu ofisindən gəlib götürüblər və məhkəmənin önünə xeyli polis gətirilib. Onlar adamlara məhkəmənin binası qarşısında da dayanmağa icazə verməyiblər.
 Ancaq hakim A.Tağıyev hazırlıq iclasının yekununda fərqli qərar çıxarıb - iddia icraata götürülüb, A.İsmayılov təqsirləndirilən şəxs qismində tanınıb.
 Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.
  • Yazılıb
  • da (də) 2018 Feb 03
  • Göndərən مدير سايت Aran News