Suriyanın İdlib vilayətində "Əhraruş-Şam" terror qruplaşmasının komandirlərindən olan Əbu Zeyd əl-Əskəri ləqəbli Üsamə Xəritə öldürülüb.
Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Suriyanın İdlib vilayətində "Əhraruş-Şam" terror qruplaşmasının komandirlərindən olan Əbu Zeyd əl-Əskəri ləqəbli Üsamə Xəritə öldürülüb.
Məlumata görə, Suriyada terrorçulara yaxın medialar bildiriblər ki, "Əhraruş-Şam" terror qruplaşmasının komandiri olan Əbu Zeyd İdlib vilayətində naməlum şəxslər tərəfindən öldürülüb.
Suriyanın şimal-qərbində İdlib vilayəti və şəhərinin təkfirçi terrorçular tərəfindən işğal olunmasından sonra, İdlib şəhərinin 10 km şimalında yerləşən şiə sakinli Fuə və Kəfərya qəsəbələri 28 mart 2015-ci ildən tam şəkildə "Əhraruş-Şam" terrorçularının mühasirəsinə düşüb və həmin zamandan bəri hər gün terrorçuların hücumlarına məruz qalır.