Tacikistan AB-nin xarici siyasət koordinatoru Xaviyer Solana və Maqatenin baş direktoru Məhəmməd Əl-bəradeyi ilə İran rəsmiləri arasında müzakirələrin davam etdirilməsinin tərəfdarıdır
Iran Servisi/Aran Agentliyi
Tacikistan XİN-nin birinci müavini təkid edib ki, ölkəsi nüvə enerjisindən dinc məqsədli istifadəni İran İslam Respublikasının qanuni haqqı hesab edir. İrnanın məlumatına görə, Abdulla Yoldaşov bu gün İranın Xarici İşlər Nazirliyinin müavini Mənuçehr Məhəmmədi ilə görüşdə artırıb: Tacikistan AB-nin xarici siyasət koordinatoru Xaviyer Solana və Maqatenin baş direktoru Məhəmməd Əl-bəradeyi ilə İran rəsmiləri arasında müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Mənuçehr Məhəmmədi də bu görüşdə deyib: Avropalılara İranın təklif paketini aldıqdan sonra daha yumşaq mövqedən çıxış etməyə başlayıblar.