Arannews:Rakurs.tv-“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma başlayıb. Məlum olub ki, baş leytenant Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova “himayədarlıq” etmədikləri üçün o, “qisas” almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib.
Səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.