Tarix : 2018 Feb 04
Kod 54283

“Maarifçiliyə Dəvət “ İB “Əyyami Fatimə”ni silsiləvi olaraq qeyd edir - Foto

Artıq neçə gündür ki, "Əyyami Fatimə” başlayıb. Bununla bağlı paytaxt da daxil olmaqla, ölkənin bir çox regionlarında əzadarlıq məclisləri təşkil edilir.
Arannews-Hədəf14.az xəbər verir ki, həmin məclislərdən “Maarifçiliyə Dəvət” İctimai Birliyi də paytax və paytaxtın ətraf rayonlarında həyata keçirir. Silsiləvi olaraq  Bakı nümayəndələri tərəfindən təşkil edilən əza məclisi ötən gün Bakı qəsəbələrinin birində baş tutub. İcmanın sədri ilahiyyatçı hacı Elçin Manafov və paytaxt nümayəndələri tərəfindən əza məclisində xeyli sayda dindar iştirak edib.

Hacı Elçin əzadarlara hz Fatimənin (ə) həyatından, fəzilətindən və İslam düşmənləri tərəfindən amansızcasına şəhadətə yetirilməsindən bəhs edib. Daha sonra ehsan süfrəsi arxasında mərsiyələr deyilib, sinə vurulub. Sonda dualar edilib.

 İcma sədri bu cür məclislərin bundan sonra da paytaxt və regionlarda silsiləvi təşkil edəcəklərini vurğulayıb.  O, bildirib ki, əzadarlıq məclisləri hz Fatimənin (ə) müsibətindən, ona və bütün Əhlibeytə olunan haqsızlıqları, İslam düşmənlərinin etdiklərini insanlara çatdırmaq borcumuzdur. “Bu günlər çox fəzilətli günlərdir. Çalışıb əza məclislərində iştirak etmək, xanımın hörmətinə Allahdan bağışlanmaq üçün dua və tövbə etmək lazımdır. Əmin olmaq lazımdır ki, xanım Zəhra  Allah qatında yüksək məqama sahib bir xanımdır Allah da onun xatirinə öz qullarını bağışlayar, rəhm edər”.

 “Allah günahlarımızı bağışlasın, xanımın düşmənlərini bildiyi kimi etsin. Biz də icmamız adından başda imam Zaman (ə.f) olmaqla bütün Əhlibeyt sevərlərə baş sağlığı və səbr diləyirik”.

 

 

 

 


  • Yazılıb
  • da (də) 2018 Feb 04
  • Göndərən مدير سايت Aran News