Tarix : 2018 Feb 04
Kod 54288

AİP Qadınlar Şurası "Əyyami Fatimə" günləri ilə bağlı tədbir keçirdib

İslaminSesi bildirir ki, Azərbaycan İslam Partiyasının Qadınlar Şurası "Əyammi Fatimə" günləri ilə əlaqədər tədbir keçirib.
İslaminSesi bildirir ki, Azərbaycan İslam Partiyasının Qadınlar Şurası "Əyammi Fatimə" günləri ilə əlaqədər tədbir keçirib.

Tədbiri Quran tilavəti ilə açan AİP Qadınlar Şurasının sədri Növrəstə xanım qonaqları salamlayıb. Quran tilavətindən sonra Əhli -Beytin müqəddəsliyindən və Quran ayələrində onların varlığına işarə vuran ayələrdən bəhs edib: "İlahi Pərvərdigaranın "Yasin" surəsində birbaşa kimlərə xitab etdiyini hamımız bilirik.  Bildiyimiz kimi dinimizdə ən əhəmiyyətli məsələrdən biri intizardır. Amma bu fani dünyaya aid bir intizar deyil. Bu bir ümmətin bütün ibadəti və həyatı gözlədiyinin intizarına köklənibsə o ümmətin mənəviyyyatının bər- bəzəyi yerə göyə sığışmaz. Ona görə də qəmli könlümü bu intizara kökləyərək şəhadət günlərindən bəhrələnək."

Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.   Tədbir mərsiyələrlə və Əhli-Beytə həsr olunmuş şeirlərlə yekunlaşdırılıb.


  • Yazılıb
  • da (də) 2018 Feb 04
  • Göndərən مدير سايت Aran News