Tarix : 2018 Feb 04
Kod 54289

Yəmən ordusu səudiyyəli muzdluların mövqelərini atəşə tutdu

Yəmən ordusu və xalq komitələri qüvvələri səudiyyə Ərəbistanı ordusunun zirehli avtomobilləri və səudiyyəli muzdluların bir neçə mövqeyini atəşə tutub və onlara ciddi xəsarətlər vurublar.
Arannews-Əl-Məsirə televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin ağır artilleriya bölməsi əl-Couf vilayətinin Xəb və Şəəf şəhərində Əlitema bölgəsində səudiyyəli muzdluların toölaşdığı məkanı atəşə tutub. 
Yəmən ordusu qüvvələri Əl-Buqa səhrasında səudiyyəli muzdluların bir zirehli avtomobilini minatanla atəşə tutub və məhv ediblər. Bu hücumda zirehli avtomobilin bütün sərnişinləri ölüb. 
Bu arada Yəmənin cənub-qərbində Təiz vilayətində ordu və xalq komitələri qüvvələri Məvzə şəhərində Xalid hərbi bazasının şimalında səudiyyəli muzdluların mövqelərini atəşə tutublar. Bu hücum bir qrup muzdlunun ölməsi və yaralanması ilə nəticələnib. 
Yəmən ordusunun ağır artilleriya bölməsi həmçinin Ərəbistanın Cizan vilayətində səudiyyəli qüvvələrə məxsus bir zirehli avtomobil və kranı atəşə tutub və hər iki maşın məhv edilib. 
Ərəbistanın cənubunda Əsirdə Yəmən ordusu və xalq komitələri qüvvələri əl-Xəzan və əl-Qənasin təpələrində səudiyyəli muzdlulara qarşı əməliyyat keçiriblər. Əməliyyat bir qrup muzdlunun ölməsi və yaralanması ilə nəticələnib. 
Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından ABŞ-ın dəstəyi ilə Yəmənə hücum edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistanın Yəməndəki müharibəsi indiyə qədər on minlərlə yəmənlinin həlak olması, yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 
Yəmən qüvvələri də təcavüzkarların hücumlarına reaksiyada ölkə daxilində və Ərəbistan ərazisində Ali-Səud rejimi və muzdlularının mövqeləri və bazalarını atəşə tuturlar. 
  • Yazılıb
  • da (də) 2018 Feb 04
  • Göndərən مدير سايت Aran News