Az.R Qarabağ münaqişəsinin öz milli maraqları çərçivəsində dinc yolla həlli sahəsində hər bir yeni təklifi himayə edir
Azerbaijan Servisi/Aran Agentliyi
Az.R XİN-nin Mətbuat Katibi İran İslam Respublikasının Qarabağ münaqişəsinin həllinə yardım etməsini müsbət qarşılayıb.
APA-nın məlumatına görə, Xəzər İbrahim İranın Qarabağ münaqişəsinin həllinin sürətləndirməsinə yardım edə biləcəyinə işarə edərək deyib: Az.R Qarabağ münaqişəsinin öz milli maraqları çərçivəsində dinc yolla həlli sahəsində hər bir yeni təklifi himayə edir. Xəzər İbrahim sözlərinin davamında ikili məna daşıyan formada bildirib: İranın Qarabağ münaqişəsinin həllinə ən yaxşı köməyi Tehranın bu münaqişənin həlli ilə bağlı İrəvan dövlətinə düzgün və düşünülmüş mesajlar verməsi ola bilər. Xəzər İbrahim ABŞ, Rusiya və Fransanın Minsk qrupunun həmsədrləri olaraq, nə üçün İrəvan dövlətinə rəsmi Bakının diqqət mərkəzində saxladığı mesajları verməmələri haqda heç bir açıqlama verməyib. Bu arada Minsk qrupunun həmsədrləri Ermənistana və Qarabağ separatçılarına geniş maliyyə yardımları da edirlər. Digər tərəfdən, rəsmi Bakının mesajını İngiltərə, Türkiyə və digər Avropa ölkələri də Ermənistanın diqqətinə çatdıra bilərlər. Amma Xəzər İbrahim öz çıxışında bu ölkələri işarə etməyib. Qeyd etmək lazımdır ki, Az.R-da İrana qarşı mənfi təbliğatlar o qədər geniş və ciddidir ki, hətta Bakı rəsmiləri də belə inanırlar ki, İran Ermənistana yardım etməsə Ermənistan bir həftə ərzində təslim olacaq və işğal olunmuş əraziləri geri qaytaracaq.