İranda İslam inqilabının qələbəsinin 39-cu ildönümü münasibətilə ölkə miqyasında müxtəlif tədbirlər keçirilməyə başlanıb.
Arannews-Maide.Az “tasnimnews”-a istinadən xəbər verir iki, İran təqvimi ilə bəhmən ayının 12-si (1 fevral) İran İslam Respublikasının banisi mərhum İmam Xomeyninin 15 illik sürgün həyatından sonra xalqın möhtəşəm qarşılaması ilə İrana geri qayıtdığı gündür. İmam Xomeyninin vətəninə qayıtmasından 10 gün sonra 11 fevral 1979-cu il tarixində İranda İslam inqilabı yekun qələbə əldə edib. İran xalqı bu 10 günlük müddəti “Fəcr ongünlüyü” kimi hər il böyük tədbirlərlə qeyd edir.