Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev həbs edilib. Verilən məlumata görə, onu Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinə (Maşdağa qəsəbəsində) çağıraraq, saxta narkotik ittihamı ilə saxlayıblar və məhkəmə qərarı ilə 60 gün inzibati həbs cəzası veriblər.
Arannews:nur-az.com-Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev həbs edilib. Verilən məlumata görə, onu Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinə (Maşdağa qəsəbəsində) çağıraraq, saxta narkotik ittihamı ilə saxlayıblar və məhkəmə qərarı ilə 60 gün inzibati həbs cəzası veriblər.Məlumatlara görə, S.Babayev əvvəllər də polis təzyiqinə məruz qalıb. Ondan Tale Bağırzadənin əleyhinə çıxmaq, üzv olduğu MBH-ni tərk etmək və Milli Şuranın mitinqlərinə qatılmamaq istənilirmiş.
Milli Şuranın 23 sentyabr mitinqində iştirak etdiyi üçün sonradan saxlanılaraq, 30 sutka inzibati həbs cəzası da alıbmış.