MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təyin edilib.
Arannews:Rakurs.tv-Qafqazinfo”nun verdiyi xəbərə görə, keçmiş “MTN-çi”lər şikayət ərizələrində onlar barəsində bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər. İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin icraatına verilib. İlkin baxış iclası fevralın 8-də keçiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.