Tarix : 2018 Feb 05
Kod 54299

Müsəlman xanımlar Əza saxladılar – Daştəpə kəndi (Foto)

Müsəlman xanımlar Əza saxladılar – Daştəpə kəndi )

Arannews-Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Zeynəb (s.ə) qadınlar birliyinin və İmam Məhdi (ə.f) məscidinin birgə təşkilatçılığı ilə Marneuli şəhərinin Daştəpə kəndinin İmam Məhdi (ə.f) məscidində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi qeyd olundu. 
Məclis Əhli-beyt (ə) cəmiyyətinin müəllimələrindən olan Kərbəlayi Səbinə xanımın Quran tilavəti ilə açıldı. 
Quran tilavətindən sonra çıxış üçün söz cəmiyyətin müəllimələrindən olan Kərbəlayi Esmira xanıma verildi. O öz növbəsində hz. Fatimənin (s.ə) məqamından və xanımlara necə örnəy olmasından danışdı. 
Məclis dualar və ehsan süfrəsi ilə yekunlaşdı.
Allah zəhməti keçənlərdən qəbul etsin. AMİN!

Müsəlman xanımlar Əza saxladılar – Daştəpə kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Daştəpə kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Daştəpə kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Daştəpə kəndi (Foto)


  • Yazılıb
  • da (də) 2018 Feb 05
  • Göndərən مدير سايت Aran News