təbii fəlakət rayonun Muzuq kəndində, yolun kənarındakı 20 kv metrlik ərazidə baş verib
Azerbaijan Servisi/Aran Agentliyi
Qusar rayonu ərazisində son günlər intensiv yağan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
ANS PRESS-in məlumatına görə, təbii fəlakət rayonun Muzuq kəndində, yolun kənarındakı 20 kv metrlik ərazidə baş verib. Yerli bələdiyyə sədri İbrahim İdrisovun ANS PRESS-ə verdiyi məlumata görə, sürüşmə nəticəsində 18-20 ağac məhv olub.
Faktı Qusar rayon icra başçısının müavini Şahin Fərəməzov da təsdiqləyib. O, tezliklə ərazidə bərkidilmə işlərinin aparılacağını deyib.