Papa Fransisin dəvəti ilə bazar günü axşamı Vatikana gedən Ərdoğanın bu səfəri barədə rəsmi açıqlama verilib.
Arannews-İslaminSesi bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 59 ilin bir rəsmi səfərini reallaşdıracaq. Ərdoğan bu səfəri çərçivəsində İtaliya prezidenti Sergio Mattarella ilə də görüşəcək. CNN-dən verilən xəbərə görə Ərdoğanın səfərinə görə İtaliyada mühafizə PKK-nın ehtimal olunan hücumuna görə tam hazırlıq səviyyəsinə qaldırılıb. Mərkəzdə bütün etirazlar və mitinqlər "Yaşıl Bölgə" adı ilə qadağan edilib.
Rəsmilər bildiriblər ki, hələ indiyə kimi 2004-cü ildən bəri İtaliyanın mərkəzində "Yaşıl Bölgə" elan olunmayıb. Bu isə qırmızı həyəcan təbilinin çalınması deməkdir. Bildirilib ki, Ərdoğanın keçəcəyi bütün məntəqələr 24 saat izlənilməyə alınıb. Romalılara 24 saat yolların bağalanacağı elan olunub. Qeyd edək ki, İtaliyda indiyə kimi ABŞ prezidentlərinin səfəri zamanı mühafizə işçilərinin sayı 3500 nəfərə qədər olmayıb.
Siyasi analitiklər bu səfərin Qüdsdən sonra reallaşdığını deyirlər. Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımasından sonra Roma Papası bu barədə açıqlama vermişdi. O bu şəhərin hər üç dinin ibadətçiləri üçün açıq elan olunmasını vurğulamışdı. Bu açıqlamadan sora Ərdoğan onunla telefon rabitəsi yaratmışdı.
Bu səfər barədə yazılar yayımlayan media orqanları isə Türkiyədə insan hüquqların müzakirə olunacağına ümid etdiklərini bildiriblər.