Küveyt vətəndaşı Abdullah Saleh twitter-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn kralını kəskin tənqid etdiyinə görə və onları “təhqir” etdiyinə görə 31 il müddətində azadlıqdan məhrum edilib.
Arannews-İslaminSesi.info bu barədə Spitnik-ə istinadla xəbər verir.
Mənbə Küveytin əl-Qəbəs qəzetinə istinadla bildirib ki, Küveytin Cinayətlər Məhkəməsi Küveyt vətəndaşı professor Abdullah Salehi twitter-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn kralını kəskin tənqid etdiyinə görə və onları “təhqir” etdiyinə görə 31 il müddətində azadlıqdan məhrum edib.
Qeyd edək ki, muhakimədən öncə professor Britaniyada sığınacaq alıb.
Hazırda Küveytdə bir neçə yerli fəal Səudiyyəyə ünvanladıqları irada görə həbsdədirlər. Küveyt parlementinin üzvü Əbdül-Həmid Dəşti də eyni addıma görə 14 il azadlıqdan məhrum edilib.