Küveyt sakini Abdulla əs-Saleh məhkəmə sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ-yə qarşı təhqirlərinə görə 30 il müddətinə azadlıqdan məhrum edilib.
Arannews-FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Küveytin Al Qabas qəzetində bildirilib.
Əs-Saleh özünün Tvitter və YouTube kanalında Qətərlə əlaqələri kəsmək qərarlarına görə Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ hökumətinə qarşı çıxışlar etmişdi.
Qeyd edək ki, Məhkəmə müttəhim olmadan hökmü verib, çünki o, Küveytdən Böyük Britaniyaya qaçıb.