Tarix : 2018 Feb 07
Kod 54310

Ustad Şəhriyarın şagirdi: Şərhiyarın İslam İnqilabına qoşulmasından narahat olanlar var idi

Əsğər Fərdi: “Hər dəfə Şəhriyarın külliyyatı çap olduqda Ustadın inqilaba aid şerlərinin oradan çıxarıldığını görürdüm.”
AranNews – Ustad Şəhriyarın şagirdlərindən olan Əsğər Fərdi “Təsnim”-ə verdiyi müsahibədə Seyid Məhəmməd Hüseyn Şəhriyarın şer və divanlarının çap edilməsi barədə çox maraqlı və düşündürücü məqamlara toxunub. Onun sözlərinə görə, son vaxtlar Ustadın “Şəhriyar və xalqın inqilabı” adlı 800 səhifəlik əsəri çap edilib. Kitabda dahi şairin şerlərindən əlavə, onun əlyazmaları və ruhani geyimində şəkili də yer alıb. Əsərin digər özəlliyi məşhur alim Ayətullah əl-üzma Mərəşi Nəcəfinin Şəhriyarla bağlı dillər əzbəri olan yuxusu təqlid mərcəsinin möhürlənmiş məktubu ilə dərc olması, habelə, Ali Məqamlı Rəhbərin şair barədə sözlərinin ayrıca olaraq kitabda yer almasıdır.

Əsğər Fərdi daha sonra deyib: “Şəhriyar bütün varlığı ilə inqilabı müdafiə etdi. Hər ay öz maaşının yarısını müharibə bölgələrinin yenidən qurulması mərkəzinə göndərirdi. Bundan əlavə, Şəhriyar maddi yardımları ilə də məşhur idi və bütün şöhrətini inqilab yolunda qurban verdi və ona xərclədi.”

Ə. Fərdi əlavə edib: “71-ci ildə “Şəhriyar və İslam İnqilabı” toplusunu çap etdim. Ondan əvvəl və sonra Şəhriyarın inqilaba aid şer toplusu çap edilməyib. Onun çapından 20 il ötdü, amma heç kəs Ustadın inqilabi şerlərini çap etmədi. Halbuki, Şəhriyarın külliyyatı ən yüksək tirajla daim çap edilir və satılır. “Şəhriyar” filminin yayımlanmasından sonra Ustadın əsərləri daha çox qarşılandı. Amma yenə də onun inqilaba aid şerləri bu əsərdə yer almadı.”

Şəhriyarın şagirdi müsahibəsinin davamında bildirib ki, bir çoxları mərhum Şəhriyarın İslam İnqilabına qoşulmasından narazı idilər və indi də narahatdırlar. Hətta, “Şer və Ədəbiyyat Günü”nün Şəhriyarın anım gününə salınması da bəzilərinin narahatlığına səbəb olmuşdur. Əgər Şəhriyar da başqaları kimi desəydi:

Ağzını iyləyirlər

Məbada, deyəsən sevirəm səni

Yaxud:

İndi qəssablar dayanıb keçiddə

Kötük və qəmə əllərində

Bu kimi şerlərə görə heç kəs onun haqqında bir söz deməzdi. Onun öz sözləri ilə desək, əgər Fransanın ən böyük yazıçısı bu ölkənin böyük inqilabına qoşulsaydı və inqilabla həmrəy olaraq bir divan şer yazsaydı, onun şerlərini nə edərdilər? Qızıl vərəqə yazardılar və milyonlarla tirajla çap edib, əl-əl gəzdirərdilər. Hətta, şeri oxuyan kimi bu işi edərdilər, nəinki, 30 il onun şerlərini çap etməsinlər və qəflətdə qalsınlar.

Əsğər Fərdi deyib: “Radio proqramlarının birində Ustaddan soruşdular ki, sizin fikrinizcə, ən böyük qəzəl ustadı kimdi və ən yaxşı qəzəl hansıdır? Ustad dedi: “Xudaya, Xudaya! Ta inqilabi-Məhdi, Xomeyni ra negəhdar” qəzəli. Proqramın sonunda aparıcı yenidən həmin sualı təkrar etdi və Ustada yenə də həmin cavabı verdi.”


  • Yazılıb
  • da (də) 2018 Feb 07
  • Göndərən مدير سايت Aran News