Ərəbistanın Yəmənə qarşı hərbi hücumuna və bu ölkədə törətdiyi cinayətlərə etiraz edən onlarla insan Riyadın Londondakı səfirliyi qarşısında toplaşıb.
Ərəbistanın Yəmənə qarşı hərbi hücumuna və bu ölkədə törətdiyi cinayətlərə etiraz edən onlarla insan Riyadın Londondakı səfirliyi qarşısında toplaşıb. İngiltərənin silah ticarəti ilə mübarizə təşkilatı və insan haqları müdafiə qurumlarının təşkil etdiyi etiraz aksiyasında “Müharibəni dayandırın”, “Ərəbistana silah satışını dayandırın”, “Ərəbistan hər gün 130 yəmənli uşağı qətlə yetirir”, “Ərəbistana ölüm”, “Uşaq qatili Ali-Səud”, “Ali-Səud diktatordur” kimi şüarlar səsləndirilib. Etirazçıların əllərində Ali-Səud rejiminin cinayətlərini göstərən plakatlar olub.