Tarix : 2018 Feb 06
Kod 54313

Amerika hərbi qüvvələrini İraqdan çıxarmağa başladı

İraqda Amerikanın başçılıq etdiyi hərbi bazaların birindən verilən məlumata görə, bu ölkədə İŞİD terror qrupunun məhv edilməsinin ardınca, Amerika öz hərbi qüvvələrini İraqdan çıxarmağa başlayıb.
Arannews-İraqda Amerikanın başçılıq etdiyi hərbi bazaların birindən verilən məlumata görə, bu ölkədə İŞİD terror qrupunun məhv edilməsinin ardınca, Amerika öz hərbi qüvvələrini İraqdan çıxarmağa başlayıb.
Hərbi bazanın briqadasının sözlərinə görə, Amerika hərbçiləri, hərbi silah və texnikası Əfqanıstana köçürülür. Onlarla amerikalı əsgər gündəlik döyüşlərdən çıxarılıb.
İki iraqlı rəsminin “Associated Press”-ə verdiyi açıqlamaya görə, üç il bundan əvvəl İŞİD-lə mübarizənin başlanmasından sonra İraqda Amerikanın başçılığı ilə koalisiya qüvvələrini azaldılmasına dair razılıq əldə edilib.


  • Yazılıb
  • da (də) 2018 Feb 06
  • Göndərən مدير سايت Aran News