Livanın idarə edilməsində razılaşmalara təkid edən baş nazir deyib: “Bu dövlətin təşkil edilməsindən sonra bir sıra nailiyyətlər gerçəkləşib və bu, ölkədə mövcud razılaşmalar əsasında əldə olunub.”Səd Həriri əlavə edib: “Bizim Hizbullahla ixtilafımız strateji məsələrdədir. Amma ölkənin işlərinin həyata keçməsi istiqamətindəki əməkdaşlığımızı heç vaxt dayandırmırıq. Daxili məsələlərdə Hizbullahla razılığa gəlməliyik. Ölkədə hər şey bu razılaşmaya bağlıdır. Bizim proqramımız millidir. Müsəlman və xristian olmasından asılı olmayaraq, layiqli şəxslər milli yollarla ölkəyə kömək etməlidir.”