Tarix : 2018 Feb 07
Kod 54315

AŞ PA həmməruzəçiləri Bakıya gələcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar.

Arannews-Hədəf14.az-ın məlumatına görə, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.


S.Şennak qeyd edib: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”

  • Yazılıb
  • da (də) 2018 Feb 07
  • Göndərən مدير سايت Aran News