Tarix : 2018 Feb 07
Kod 54316

Fidel Kastronun oğlu dəfn edildi

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu Fidel Kastro Dias-Balart Havananın Xristofor Kolumb adına qəbirstanlığında dəfn edilib.
Arannews-TASS agentliyinə istinadən verilən xəbərə görə, kiçik Kastro fevralın 1-də intihar edib.
68 yaşlı Fidel Kastro Dias-Balart bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub. Mərhumla vidalaşma Kuba Elmlər Akademiyasında keçirilib.
Qeyd edək ki, 68 yaşlı  Fidel Anxel Kastro Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri  və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.
  • Yazılıb
  • da (də) 2018 Feb 07
  • Göndərən مدير سايت Aran News