Bütün partiyalar namizədlərini elan etmədiyi halda, Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam verildi. Fevralın 5-də ölkə başçısı İlham Əliyev seçkilərin vaxtını oktyabrdan aprelin 11-nə çəkdi.
Arannews:Meydan.tv-Gözlənilməz seçkinin məramı nədir?Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyir ki, seçkinin 7 ay əvvələ çəkilməsinin nədən irəli gəldiyini iqtidar cəmiyyətə açıqlamalıdır.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli tələm-tələsik sərəncəma cəmiyyətin və beynəlxalq ictimiyyətin də hazırlıqsız yaxalandığını deyir.
Təxminin bir həftə əvvəl Müsavat Partiyasından seçkiyə namizədliyi açıqlanan İsa Qəmbərə görə, hakimiyyət daxili və xarici amilləri nəzərə alaraq seçkiyə tələsir.
Həmçinin İsa Qəmbər yeni sərəncamla namizdələrin də zamanının oğurlandığını söyləyir. Bu müddətə seçki kampaniyası aparmağın mümkünsüz olduğunu deyir.
Vətəndaşlar isə seçkinin qabağa çəkilməsinə fərqli fikirlər bildirirlər.
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident seçkilərinin önə çəkilməsinə münasibət bildirib.
“Bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəkdir. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür”.
İlk dəfə olaraq Azərbaycanda prezident 7 il müddətinə seçiləcək.
2016-ci ildə referendumla dəyişən konstitusiyaya görə, prezident növbədənkənar seçki elan edə bilər. Həmin dəyişikliyə görə, növbədənkənar seçkinin təyin olunması 3 aydan 2 aya salındı.