“2006-2012 ci illərdə Hizbullahın 130 min raketlə silahlanması İsrailin strateji səhrənkarlığına görə idi.”
Arannews-İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bunu İsrailin təlim-tərbiyə naziri Naftali Benit deyib.
Hizbullahın arsenalındakı çoxsaylı raketlərdən narahatlığını gizlədə bilməyib ümidsizliyə qapılan N.Benit İsrail radiosuna verdiyi müsahibədə belə deyib: Şimalda artmaqda olan gərginlik var. Bunu inkar etmək olmaz. Buna baxmayaraq mən tezliklə qarşıdurma görmürəm.”
İsrail təyyarələrinin Suriya ərazisinə hava zərbəsi endirməsi ilə bağlı sualı cavablandıran sionist rejimi naziri bildirib ki, onlar İranın Suriyada yerləşməsinə icazə verməyəcək.
Hizbullahın 2006-2012 illəri ərzində 130 min raketlə silahlandığını bildirən N.Benit “düşmənlərin şimal sərhədlərdən uzaqlaşdırılacağını" dilə gətirib.
İsrailin hərbi rəsmiləri bundan öncə bildirmişdilər ki, Hizbullahın arsenalında 120 min raket var.