Arannews-İslaminSesi.info əl-Aləmə istinadən bildirir ki, Nigeriya polisi atəş açmaqla bir ruhanini şəhid edib.Nigeriya İslami Hərəkatının üzvü olan Şeyx Qasim Sukutu ötən ay Sukutu şəhərində Şeyx Zəkzakinin himayəsi ilə bağlı keçirilən nümayişdə polisin açdığı atəş nəticəsində ağır yaralanmışdı.
Nigeriya polisi dinc nümayişçilərə qarşı göz yaşardıcı qazlardan və odlu silahlardan istifadə etmişdi. Şeyx Qasim də atəş açılması nəticəsində ayağından yaralanmışdı.
Həmçinin Nigeriya polisinin ölkənin paytaxtı Abuca şəhərində dinc nümayişçilərə silahlı hücumu nəticəsində bir neçə nəfər yaralanmış və həbs olunmuşdu.
Qeyd edək ki, mərhum ruhani Şeyx Qasim Sukutu öz elmi təhsilini Qum elmi hövzəsində alıb.