Tarix : 2018 Feb 09
Kod 54334

Xanım Məryəm (s.ə) və Mübariz İbrahimovun anası fotolarda hicabla...

Heç təsəvvür edə bilirsiniz ki, hansısa özünü arvada bənzədən müğənni ya özünü yaxud övladını vətənpərvər, milli, mənəvi ruhda tərbiyə etsin
Arannews-Yanılmıramsa italiyalı nazir idi ki, ondan ölkədə başörtüyünün qadağan edilməsi istəniləndə demişdi ki, mən bütün fotolarda Məryəm ananı hicablı görürəm, məndən bu hicabı qadağan etməyi necə istəyirsiniz? Bəli, xanım Məryəm (s.ə) Quranın da buyurduğu kimi pak, iffətli, ismətli bir xanım olub. Hətta Quranın buyurduğu kimi ata-anası da iffət əhli olublar. Onun dünyaya gətirdiyi körpə də elə beşikdəcə dil açıb Allahın peyğəmbəri olduğunu camaata çatdırmaqla həm özünün həm də anasının (ona nisbət verilən iftiralardan) pak olduğunu vurğulayıb. 
Həzrət Məryəmin (s.ə) dünyaya gətirdiyi övlad Həzrət İsa (ə) olub. Allah-Təala onu peyğəmbərlik məqamına yüksəldib, hətta beş ülil-əzm (əzəmətli) peyğəmbərdən biri olub. Əziz şəhidimiz Mübariz İbrahimovun anasını da saytdakı fotolarda başı bağlı halda gördüm. Doğrusu birinci dəfədir onun anasının saytdan da olsa fotosunu görürəm. Amma əziz şəhidimizin ölümündən öncə yazdığı məktubdan da məlum olur ki, özü və ailəsi mənəviyyatlı insanlar olublar. Təbii ki, məhz bu cür mənəviyyatlı insanlar Mübariz İbrahimov kimi insanlar yetişdirə bilərlər.
Heç təsəvvür edə bilirsiniz ki, hansısa özünü arvada bənzədən müğənni ya özünü yaxud övladını vətənpərvər, milli, mənəvi ruhda tərbiyə etsin? Təsadüfi deyildir ki, elə bucür müğənnilərin çoxunun övladı elə öz valideyninin yolunu davam etdirib müğənnilik, yaxud şoula məşğul olmağa başlayır. Əlbəttə, insanları bir mənada qınamaq çox çətindir. Çünki bizdə şəhadət məktəbi təbliğ edilmir. Hicabdan danışılanda bəziləri dodaq büzür, bəziləri həyasızcasına çıxıb efirdə hicab əleyhinə təbliğat aparır. Ən acınacaqlısı budur ki, bir də görürsən əlli-altımış qadın çıxıb efirdə hicab əleyhinə danışır. Özü də təbii ki, efirə çıxanda boyalı-rəngli vəziyyətdə (makyaj nəzərdə tutulur) çıxır və deyir gəncləri (gənc qızlar) doğru istiqamətə yönəltmək lazımdır, onlar gəncdir, hər cür təsir altına düşə bilərlər. Onları gənc yaşından çadraya, hicaba qapamaq doğru deyil. Bu adam anlamır ki, onun danışdıqları da həmin gənci yaxud azyaşlı uşağı təsir altına sala bilər. Üstə gəl gənc qızların "gələcək taleyini" düşünən bu insanların böyük əksəriyyəti dediyimiz kimi qoca qarı həddində, bir az da kobud desək qartımış insanlardır. Özlərini süni boyalarla cavan göstərməyə çalışırlar. Yaxşı əgər gənc qız gəncliyini "müasir" keçirməlidirsə, deməli hicab, çadra qoca vaxtlarda geyinilməlidir? Əgər qoca vaxtlarda geyinilməlidirsə həmin əlli-altımış yaşlı qoca qarı nə üçün özünü cavan qız görkəminə salıb (zorla özünü gözəl göstərməyə çalışır) efirə çıxır. Axı o qocadır və dediyi kimi artıq hicab, çadra bağlamalıdır. Bilmək olmur bu insanlar öz "gözəlliklərini" kimə göstərməyə çalışır, kimlərə özlərini bəyəndirməyə can atırlar?
Əlbəttə bu cür danışığını, yerini bilməyən insanlar efirə azad fikirli, demokrat insan kimi çıxarılır, amma ağzını açan kimi bilinir ki, 180 dərəcə demokratiyanın ziddinə bir insandır. Çünki gənc qız artıq özü müstəqil qərar çıxartmaq yaşındadır, sən nə üçün onun hicablı olmasına müdaxilə edir, cəmiyyətdə onu gözdən salmağa çalışırsan?
Bu yerdə bir məqamı da xüsusilə qeyd etmək istərdim. Bəzən deyirlər ki, övladlarınızı azad buraxın, özləri özlərinə yol müəyyən etsinlər. Onları hicaba məcbur etməyin, tez yaşında namaz, oruc kimi dini ayinlərə sövq etməyin. Əslində bu çox pis düşüncə, başqa sözlə düşüncəsizliyin tam özüdür. Bucür adamların öz övladları küçədə narkomana, avaranın birinə qoşulsa, sorağı hansısa polis bölməsindən gəlsə bu insanlar ancaq özlərini qınamalıdır. Çünki vaxtında uşağa tərbiyə vermək lazım idi. Bu məsələ (tərbiyə amili) üzərində bütün ağıllı insanlar müttəfiqdir. Övladı tərbiyə etmək şərtdir. Amma fərq bundadır ki, biz sovet höküməti zamanında oxuyanda bizə təlqin edilirdi ki, tərbiyə sovet tərbiyəsi olmalıdır. Əlbəttə sovet höküməti dinləri qadağan etdiyi, valideynləri dinsiz görmək istədiyi üçün qalxıb camaata dini tərbiyə metodundan danışası deyildi. Amma insanlar elə o zamanda da indi də ağıl sahibidir, ən gözəl tərbiyənin dini tərbiyə olmasını gözəl bilirlər. Çünki dinin müqəddəs olduğuna iman gətirən şəxs gözəl bilir ki, din Allahdan olduğu üçün dini tərbiyəni də Allah öyrədir insana.
  • Yazılıb
  • da (də) 2018 Feb 09
  • Göndərən مدير سايت Aran News