Arannews-İslamazeri.com xəbər verir ki, Səud rejimi Air İndia-ya aid təyyarələrin İsrailə uçarkən, krallığın hava sahəsindən istifadə etməsinə izin verib. Bu haqda İsrailin "Haaretz", o cümlədən Sputnik portalı xəbər yayıb.
Məlumata görə, "Haaretz"ə danışan İsrail hava yolları idarəsində işləyən mənbələr, Səudiyyənin Air İndia-nın Yeni Delhidən Təl-Əvivə birbaşa uçuşlar zamanı hava sahəsindən istifadə üçün izin verdiyini açıqlayıblar.
Bunun ilk dəfə baş verdiyini yazan İsrail mediası, bu addımın əslində Səud rejimi ilə İsrail arasında isti əlaqələr qurduğu anlamına gəldiyini bildirib.