Tarix : 2018 Feb 10
Kod 54344

Əfqan Muxtarlının məhkəməsi fevralın 20-də olacaq

Jurnalist Əfqan Muxtarlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Arannews-Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 20-nə təyin edilib. Şikayətə hakim Rafail Əliyevin sədrliyi ilə baxılacaq.
Vəkil bildirib ki, apellyaasiya şikayətində apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmasını və Ə.Muxtarlının barəsində bəraət hökmünün çıxarılmasını tələb edirlər.
azadliq.info

  • Yazılıb
  • da (də) 2018 Feb 10
  • Göndərən مدير سايت Aran News