Tarix : 2018 Feb 10
Kod 54348

Gürcüstanda xarici tələbələr dövlət hesabına təhsil ala biləcək

Gürcüstan hökuməti ali məktəblərdə xarici ölkə vətəndaşlarının ali təhsilinin dəstəklənməsi üzrə proqramı təsdiq edib.
Arannews-Proqramdan Gürcüstanın Təhsil və Elm Nazirliyi ilə rəsmiləşdirilmiş beynəlxalq saziş, müqavilə və memorandumlar çərçivəsində ölkənin ali məktəblərində təhsil alan xarici vətəndaşlar yararlana biləcək. Proqrama əsasən bakalavr, magistratura üzrə təhsil alan xarici tələbələr, diplomlu mediklər/stomatoloqlar və doktorantların təhsili maliyyələşdiriləcək.
Maliyyələşmə “Dövlət magistratura qrantları və gənclərin təşviqi” proqramının “Bilik qapıları” əlavə proqramı çərçivəsində həyata keçiriləcək.
Proqramın idarə olunması Gürcüstanın Təhsil və Elm Nazrliyinin Strateji planlaşdırma və beynəlxalq münasibətlər departamentinə həvalə olunub. Departament xarici ölkə vətəndaşlarının təhsil aldıqları ali məktəblərlə müqavilə bağlayacaq. Proqram cari ilin dekabrın 31-dək qüvvədə olacaq. 
Qeyd edək ki, 2016-2017-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərində 2650 Azərbaycan vətəndaşı təhsil alır. Onlardan 557 nəfəri dövlət, 2093 nəfəri isə özəl ali məktəblərin tələbələridir.
Apa

  • Yazılıb
  • da (də) 2018 Feb 10
  • Göndərən مدير سايت Aran News