Tarix : 2018 Feb 10
Kod 54349

İŞİD-in cümə namazında HƏMAS liderinə sui-qəsd hazırlaması üzə çıxdı

İŞİD terror qrulaşmasının HƏMAS lideri, İsmayıl Haniyəyə terror hazırlaması üzə çıxıb

Arannews-İslamazeri.com xəbər verir ki, İŞİD terror qrulaşmasının HƏMAS lideri, İsmayıl Haniyəyə Qəzzada cümə namazı zamanı terror hazırlaması üzə çıxıb. Bu haqda Misirin "Al Dustur"  portalı məlumat verib. Xəbərə görə, İŞİD-in Misirdəki 18 üzvü Qəzzaya keçmək istəyərkən Misir Güc strukturları tərəfindən saxlanılıblar. İbtidai istintaq zamanı İŞİD terrorçularının Qəzzada cümə namazı zamanı HƏMAS lideri İsmayıl Haniyənin xütbə edərkən terror aktı törədəcəkləri məlum olub.

Qeyd edək ki, keçən ilin avqustunda İŞİD HƏMAS üzvlərindən birinə qarşı sui-qəsd həyata keçirmişdi.

  • Yazılıb
  • da (də) 2018 Feb 10
  • Göndərən مدير سايت Aran News