İyunun 22-dən 23-nə keçən gecə Xətai rayonu ərazisində bir qrup sakin yolu bağlayıb.
Azerbaijan Servisi/Aran Agentliyi
Buna səbəb - yolun genişləndirilməsi ilə əlaqədar aparılan sökünütü işləri nəticəsində əhalinin kommunikasiya xətlərinin sıradan çıxması olub.
İyunun 22-dən 23-nə keçən gecə Xətai rayonu ərazisində bir qrup sakin yolu bağlayıb. Sakinlərin küçəyə tökülməsinin səbəbi isə yolun genişləndirilməsi ilə əlaqədar evlərinin sökülməsi təhlükəsinin yaranması olub.
Polis əməkdaşları ilə baş verən mübahisə nəticəsində bir nəfər xəsarət alıb.
Sakinlərin sözlərinə görə, evlərinin söküləcəyi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq olunub. Lakin bu prosesə sakinlərə verilcək kompensasiyalardan sonra başlanacağı barədə Xətai rayon İcra Hakimiyyəti tərəfindən söz verilib. Amma gecə saatlarında söküntü işlərinə başlanılması sakinlərin yuxularına haram qatıb. Belə ki, sökünütü ilə əlaqədar sakinlərin kommunikasiya xətləri də sıradan çıxıb. Bununla da onlar yol genişləndirilməsini ilk əvvəl obyektlərin söküntüsündən başlayan ağır texnikanın işləməsinin qarşısını almaq məqsədi ilə gecə saatlarında yolu bağlamaq qərarına gəliblər.
Qeyd edək ki, sakinlərin yolu bağladıqları əraziyə Xətai rayon polis idarəsinin əməkdaşları gəlib.
Xətai RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi Abbas Atakişiyev ANS-ə Xətai rayon icra hakimiyyətinin nümayəndələrinin də hadisə yerində olduğunu söyləsə də, adıçəkilən qurumun heç bir əməkdaşını burada görmək mümkün olmayıb.