Tarix : 2018 Feb 10
Kod 54351

Ayətullah Xamenei: "Amerika istədi və bacarmadı, amma biz istədik və bacardıq"

Ayətullah Xamenei: "Amerika istədi və bacarmadı, amma biz istədik və bacardıq"

Arannews-Hədəf14.az-ın verdiyi xəbərə görə, Ayətullah Seyid Əli Xamenei, bu gün səhər saatlarında İran Ordusu Hava Qüvvələri komandanları və şəxsi heyətindən ibarət böyük bir qrupu səhər saatlarında qəbul edib.

Görüş ordunun İmam Xomeyniyə beyət etməsinin ildönümü münasibəti ilə keçirilib.   Ayətullah Xamenei görüş zamanı bunları dilə gətirib: "Düşmənin məqsədi, İslam İnqilabının davamlılığı və möhkəmliyinin qarşısını almaqdır. Düşmənlər sözdə elitaların İslam İnqilabı əleyhinə fikir hazırlaması üçün maddi dəstək verirlər. Sizlərə bildirmək istəyirəm ki, bu ilki 11 Fevral - 22 Bəhmən İran İslam İnqilabının 39-cu il dönümü möhtəşəm şəkildə qeyd olunacaq. Çünki İran xalqı bəzi ABŞ rəsmilərinin irəli sürdüyü boş sözlərindən sonra düşmənlərin yeni təcavüz və düşmənçilik etmək üçün gizləndiyini hiss edir. İnşallah bu il hamı ruh yüksəkliyi ilə inqilabın ildönümünü qeyd edəcək. Ölkədə ədalət, ictimai bərabərlik və sosial təbəqələri ortadan qaldırma məsələsində bəzi problemlər və diqqətsizliklər var. Ancaq biz İslam nizamının bu prinsiplərini istisna etməmişik və ciddi təqib edirik. Bütün şəxslər və rəhbərlər korrupsiyaya qarşı mübarizə məsələsinə diqqət etməlidir".   İranın Ali lideri Xamenei həmçinin qeyd edib ki, Amerika İŞİD-i yaradıb dəstək verməklə yanaşı ehtimalən "Blackwater" kimi təşkilatların praktikalarında olan vəhşilik və zorakılıqlar barədə də terrorçulara təlim keçiblər. Amerika bütün bu acımasızlıq və daşürəkliyi ilə dünyada insan haqları və heyvanların qoruyucusu olduğunu təbliğ edir ki, gərək bütün çılpaqlığı ilə həqiqəti dünyaya bəyan edək. 70 illik fələstinlələrə olan zülmü və Yəmən xalqının öldürülməsini dəstəkləmələri Amerikanın açıq-aşkar zülmünün nümunələrindəndir. Yəmənin məzlum xalqı hər gün Amerika silahları ilə Amerikanın müttəfiqi olan ölkə tərəfindən bombalanır və Amerika buna etiraz etmir. Əksinə, həyasızcasına İranın Yəmənə raket verdiyini bəyan edir. Halbuki Yəmən mühasirədədir və ora yardım etmək mümkün deyil. Bəli, İslamın açıq-aydın göstərişlərinə əsasən zülmün qarşısında dayanıb, məzluma kömək etmək lazımdır. Müqavimət mövzusunda onu da bildirim ki, Amerika Qərbi Asiyada müqavimətin kökünü kəsmək istəyirdi.
Amma biz buna icazə verməyəcəyimizi bildirdik. Və bu gün bütün dünyaya məlumdur ki, Amerika istədi və bacarmadı. Amma biz istədik və bacardıq

  • Yazılıb
  • da (də) 2018 Feb 10
  • Göndərən مدير سايت Aran News