Tarix : 2008 Jun 23
Kod 5436

ABŞ Dövlət Departamenti Azərbaycandakı səfirliyinin təhlükəsizliyindən narahatdır

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, binaların köçürülməsi prosesi 2018-ci ilədək başa çatdırılacaq
Azerbaijan Servisi/Aran Agentliyi
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hesab edir ki, Azərbaycandakı səfirliyin, eləcə də ABŞ-ın xarici ölkələrdəki daha 149 diplomatik missiyasının binaları təhlükəsizlik standartlarına cavab vermir. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qorunmasına hər il büdcədən 4 milyard dollar alan Dövlət Departamentinin rəhbərliyi hesab edir ki, binaların daha təhlükəsiz yerlərə köçürülməsinə əlavə 8 milyard dollar vəsait lazımdır.
    Hazırda ABŞ Azərbaycan, Tailand, Serbiya, Rumıniya, Seneqal, BƏƏ, Əfqanıstan, Ukrayna, CAR-dakı səfirliklərinin yeni binalarının tikintisi üçün 19 layihə üzərində işləyir. Ümumilikdə isə yenidənqurmaya 256 diplomatik missiyası məruz qalacaq.
    ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, binaların köçürülməsi prosesi 2018-ci ilədək başa çatdırılacaq
 
  • Yazılıb
  • da (də) 2008 Jun 23