Arannews-İslaminSesi.info- Nigeriya təhlükəsizlik xidməti orqanları tərəfindən iki gün öncə qətlə yetirilən Şeyx Qasim Ömər Sokotonun dəfn mərasimi keçirilib.
Şeyx Qasim ötən ay polisin açdığı atəş nəticəsində yaralanmış, iki gün öncə dünyasını dəyişmişdi.
Dəfn mərasimində minlərlə vətəndaşın iştirak etidiyi qeyd edilir.
Qeyd edək ki, Nigeriyada şiə müsəlmanlara qarşı son bir neçə ildə təzyiqlər artaraq minlərlə insnan qətlə yetirilib.
Ölkənin şiə lideri Şeyx İbrahim Zəkzəki isə həbs edilib.
Mənbə: Eastnews.org