Tarix : 2018 Feb 12
Kod 54366

İran İslam inqilabının 39-cu ildönümündə milyonlarla insan meydanlara çıxıb

Ötən gün İranın şəhərləri milyonluq toplantının və dəstək aksiyalarının şahidi olub.
Arannews-İslaminSesi.info xəbər verir ki, İran İslam inqilabının 39-cu ildönümü münasibətilə ötən gün milyonlarla iranlı küçə və meydanlara çıxaraq, İslam respublikasına dəstək verdiklərini bildirib, ABŞ və sionist rejiminə və eləcə də onların regiondakı müttəfiqlərinə ölüm şüarları səsləndiriblər.

 Qeyd edək ki, 39 il öncə fevralın biri Ayətullah Ruhullah Musəvi Xomeyni 14 il sürgündən sonra və iranlıların şah rejiminə qarşı aksiyalarının maksimuma çatdığı dövrdə İrana dönür.

 Onun İrana dönməsi ilə Şah rejiminin süqutu qətiləşir. 10 gün içində şah rejimi süqut edir və nəhayət 39 il öncə 11 fevralda (22 bəhmən) islam inqilabı qələbə çalır.

 Ötən gün İranda keçirilən izihamlı dəstək aksiyalarının görüntülərini təqdim edirik:


  • Yazılıb
  • da (də) 2018 Feb 12
  • Göndərən مدير سايت Aran News