Suriyanın şimalında kürdlər yaşayan bölgələrdə İŞİD terrorçularına qoşulmuş ən azı 15 alman qadın saxlanılıb.
Arannews-Bu barədə məlumatı Almaniyanın “Die Welt” qəzeti Beynəlxalq Əfv Təşkilatının terrorizmlə bağlı ekspertinə istinadla yayıb. Ekspert İŞİD-ə qoşulmuş alman qadınlarla yanvar ayında görüşüb.Qəzet bildirib ki, Suriyada ümumilikdə 800 İŞİD-çi qadın övladları ilə birlikdə 4 düşərgədə həbsdə saxlanılır. O qadınlar Kanada, Fransa, İngiltərə, Türkiyə, Avstraliya kimi dünyanın müxtəlif ölkələrindən Suriyaya gedib.
İŞİD-in Suriya və İraqda məğlubiyyətindən sonra terrorçuların, xüsusilə də İŞİD-ə qoşuşlmuş qadın və uşaqların öz ölkələrinə qayıdışı Avropa üçün böyük problemə çevrilmişdir.