Tarix : 2018 Feb 13
Kod 54378

Putin-Abbas görüşündə Fələstin məsələsinin həlli üçün maraqlı təklif verilib

Mahmud Abbas təklif edib ki, Fələstin məsələsinin həllində də İran nüvə sazişində həyata keçirilən həll mexanizm həyata keçirlisin.
Arannews-İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Moskvaya səfər edib və səfər çərçivəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb.
Mahmud Abbas Donald Trampın Qüdslə bağlı qərarına toxunaraq bəyan edib ki, ABŞ Fələstin sülh danışıqlarında daha vasitəçi ola bilməz.
Mahmud Abbas təklif edib ki, eynilə İran nüvə sazişinin baş tutması üçün istifadə edilən mexanizm Fələstin məsələsinin həllində də istifadə edilsin.
O verdiyi bu təklifi belə açıqlayıb:
“Misal üçün Rusiya da daxil olmaqla digər dövlətlərdən ibarət dördtərəfli bir qrup, İran nüvə sazişində olan Altılıq qrupu kimi yaradılsın və onlar Fələstin məsələsinin həllində vasitəçi olsunlar.”
Bu arada Rusiya prezidenti də bildirib ki Fələstin münaqişəsi öz müsbət vəziyyətindən çox uzaqdır. O bildirib ki Trampla danışıqlarında Fələstin məsələsini müzakirə edib.
Xatırladaq ki ABŞ prezidenti Donald Tramp ötən ilin noyabrında verdiyi qərara əsasən Qüds şəhərini İsrailin paytaxtı bilib və ABŞ səfirliyinin Təl-əvivdən ora köçürülməsi təsdiqləyib.
  • Yazılıb
  • da (də) 2018 Feb 13
  • Göndərən مدير سايت Aran News