Moskvada “Slavyan bulvarı” metrosu yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşları Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Arannews-"İslaminSesi.info" xəbər verir ki, Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından olan mənbənin MK-ya verdiyi məlumata görə, ötən gün əvvəllər məhkumluğu olan 36 yaşlı Kabardin-Balkardan olan şübhəli şəxs Moskva Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Saxlanılan şəxsin yanvarın 29-da metrostansiya yaxınlığında mübahisə etdiyi 32 yaşlı azərbaycanlını şahidlərin gözləri qarşısında güllələdiyi bildirilir.