Tarix : 2018 Feb 14
Kod 54383

Şeyx Sərdarın məhkəməsi keçirilir -

(fevralın 13 -də) saat 11:00-da Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayətinə baxılacaq.
Arannews-Maide.Az xəbər verir ki,prosesdə Şeyx Sərdar Hacıhsənlinin iştirakı gözlənilir. 
 Qeyd edək ki, bundan öncə yanvarın 30-a  təyin olunan məhkəmənin təxirə düşməsinə səbəb də Şeyx Sərdarın prosesdə  iştirakı ilə bağlı müraciəti olmuşdu. 
 Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.
 


  • Yazılıb
  • da (də) 2018 Feb 14
  • Göndərən مدير سايت Aran News