Suriya məsələləri üzrə Astanada Beynəlxalq sammit mart ayına təyin olunmuş Rusiya, İran və Türkiyə XİN rəhbərlərinin mart ayında Qazaxıstanın paytaxtında görüşündən sonra baş tutacaq.
Arannews- FaktXeber.com-un TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrrahmanov jurnalistlərlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, müddəti və günün mövzusu hələlik dəqiqləşdirilməyib: «Rusiya, İran, Türkiyə kimi ölkələrin XİN rəhbərlərini iclasa çağırmaq üçün müəyyən işlər görmək lazımdır. Hər kəsin kifayət qədər gərgin qrafiki var. 3 dövlətin XİN rəhbərlərinin görüşü mart ayında baş tuta bilər.., bu səbəbdən söhbət martdan gedə bilər»