Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü deyib ki, bu ölkədə və Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra Qarabağ sülh müzakirələri ciddi surətdə izləniləcəkdir.
Arannews-Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib: ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya səfəri gedişində qərara alındı ki, müzakirələrin yeni mərhələsi bu ölkədə və Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra izlənilsin.Hikmət Hacıyev əlavə edib: Bakı və İrəvan üçün mövcud olan vəziyyət qəbuledilməzdir və tərəflər Qarabağ münaqişəsinin dinc yolla başa çatmasını istəyirlər.