Tarix : 2018 Feb 14
Kod 54390

Saakaşvili Merkeldən kömək istədi

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna hökuəti və prezident Pyotr Poroşenkoya qarşı gəlmək üçün Almaniya kansleri Anqela Merkeldən və Avropa Birliyindən yardım istəyib.
Arannews- FaktXeber.com-un TASS-a istinadla məlumatına görə, bu barədə o, çərşənbə axşamı günü  Bild  tabloidinə müsahibəsində bildirib
«Avropa Birliyi və kansler Anqela Merkel  heç nə fikirləşməsə, Ukrayna dağılacaq», deyə o, vurğulayıb,.
«Poroşenko  ölkəni məhv edir, korrupsiya ilə mübarizə apardığım üçün məni meydandan götürmək istəyir», - deyə o, əlavə edib.
Saakaşvili  onu zorla tutaraq özəl təyyarə ilə Polşaya göndərilməsinə də toxunub: «Bu aksiyanın dalında  Ukraynanın rüşvətxor prezidenti durur».
O, həmçinin Ukraynaya qayıtmaq istədiyini deyib.

  • Yazılıb
  • da (də) 2018 Feb 14
  • Göndərən مدير سايت Aran News